Azerbaijani – Horoscope Services https://horoscopeservices.com Horoscope, Astrology, and Tarot content provider Sat, 01 Jul 2023 10:02:18 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.8.3 https://horoscopeservices.com/wp-content/uploads/2021/10/cropped-HS-512-32x32.png Azerbaijani – Horoscope Services https://horoscopeservices.com 32 32 Azerbaijani Daily Horoscopes https://horoscopeservices.com/horoscopes/azerbaijani-daily-horoscopes/ Sun, 15 May 2022 14:47:55 +0000 https://horoscopeservices.com/?p=501891 AZ-G1

The post Azerbaijani Daily Horoscopes appeared first on Horoscope Services.

]]>
Feed -AZ-G1

Friday 12th December

Aries

Aydın zəka və sağlam bədənlə artıq öz işlərinizi əminliklə həll edə və həyatınızda müəyyən sabitlik yaşaya bilərsiniz. Lakin hər şeyin bu şəkildə davam edəcəyini düşünüb yanılmamaq üçün ehtiyatlı olun. Gələcək üçün vəziyyətinizi möhkəmləndirmək məqsədilə uğurunuzu bildiyiniz ən yaxşı şəkildə təmin etdiyinizdən əmin olun.

Taurus

Vüsət almış, sizi əhatə etmiş kimi görünən qeyri-müəyyənliklər mövqeyinizi aydınlaşdırmağı tələb edir. Adət etdiyiniz düşüncə tərzini dəyişmək sizin üçün çətindir, bunun da mənfi təsirləri var. Qarşınızdakı maneələrdən yayına bilmək üçün fərqli yanaşmalara açıq olun. Özünüzə qarşı çox amansız olsanız, əbəs yerə sağlamlığınız əziyyət çəkə bilər.

Gemini

Qarşısıalınmaz enerjinizdən istifadə etməklə, sizdən asılı olan insanların rifahını çox da nəzərə almadan, yolunuzu tapmaq asandır. Enerji və ruh yüksəkliyiniz təkəbbürlülük və aqressiya tutmaları şəklində təzahür edir, daha dostyana olmağınız, lazımsız qarşıdurma və ya mübahisələrdən çəkinməyiniz və dəstək lazım olan insanlara daha çox faydalı olmağınız gərəkdir.

Cancer

Gözlənilməz problemlər yaxınlaşır və bu çətinliklərin həllinə girişmək sizə gözlədiyinizdən də çətin görünür. Ruhdan düşməyin alternativ cavabları nəzərdən keçirin. Həmçinin bu problemlərin sizə şəxsi müstəvidə necə təsir etdiyi haqqında düşünün. Əslində ən yaxşısı gözləyib bu problemlərin öz-özünə həll olunub-olunmayacağını görməkdir.

Leo

Siz kəşfetmə marağınızı təmin etmək arzusu hiss edirsiniz, fikrinizi dəqiqləşdirirsiniz və daxili istəklərinizə tabe olur və planlaşdırılmamış fasilə edirsiniz. Səfər planlaşdıra bilirsinizsə, insanlara yaxınlaşmaqdan və ya təbiətin möcüzələrinin sizi valeh etməsindən çəkinməyin. Əldə etdiyiniz zəngin təcrübə, eləcə də dostluqlar və unudulmaz xatirələr çox güman ki, davam edəcək.

Virgo

Bir baxımdan yoxlama müddəti kimi görünən dövrdə özünüzdən əmin olun və bacarıqlarınıza güvənin, yaxınlaşmaqda olan hadisələr sizi son həddə doğru itələyir. Başqalarının fikirlərinin sizi öz inanclarınızdan yayındırmasına imkan verməyin, əksinə hər qarşıdurmadan öz mövqeyiniz üçün arqumentlər yaratmaq və möhkəmlətmək üçün istifadə edin. İnkişaf üçün bir və ya iki imkan tapa bilərsiniz.

Libra

Ailə həyatınızda vacib rol oynayan insanlarla əlaqəni lazımi qaydada bərpa edin. Ailənizə bağlılığınız təqdir edilir və münasibətlərinizin olduğu insanlara göstərdiyiniz dəstək hər kəs tərəfindən yüksək qiymətləndirilir. Həll edilməmiş hər hansı mübahisəni həll etmək üçün bu fürsətdən istifadə edin, barışıq üçün yaxşı şansdır.

Scorpio

Yaxın dost çevrənizdə münasibətlər dərinləşəcək və unudulmaz vaxt keçirmənizə səbəb olacaq. Xüsusilə yaxından bağlı olduğunuz ən vacib münasibətlərinizdə zamanla yaranmış çox müsbət proseslər inanılmaz sürətlə inkişaf edəcək və bu münasibətləri daha da möhkəmləndirəcək. Hər kəsi olduğu kimi qəbul edin, enerji axınını sərbəst buraxın.

Sagittarius

İnsanlarla xoş və pozitiv rəftarınız gözləmədiyiniz və ya mümkün hesab etmədiyiniz mənbələrdən dəstək təmin edir. Ən vacib hesab etdyiniz məsələlərlə bağlı artan narahatlığınızı başqalarına bildirmək üçün bu fürsətdən istifadə edin ki, özünüz və ətrafınız üçün uzun müddətli müsbət dəyişikliklər yarada biləsiniz.

Capricorn

Uzun müddətdir axtarışında olduğunuz soyuqqanlılığa nail olacaqsınız. Bu daxili gücü qazanmaq hesabına ətrafınıza özünə inam və bütövlük saça bilərsiniz. Dostlarınız və ya iş yerindən tanıdığınız şəxslər sizdən kömək istəyəcəklər. Bacarırsınızsa, onları dəstəkləyin və mümkün qədər köməksevər olun, lakin öz məqsədlərinizin ardınca getməyi unutmayın.

Aquarius

Çox şeyə nail olmaq istəyirsinizsə, özündən razı və passiv olmaq yaxşı deyil. Planları həyata keçirmək üçün güclü qərar qəbuletmə bacarıqlarınızdan yararlanın. Əzminiz həyat enerjinizi möhkəmləndirir, planlarınızı konstruktiv şəkildə inkişaf etdirmək və demək olar, hər vəziyyətdə düzgün hərəkət etmək qabiliyyətinə maliksiniz, vaxt varkən bundan maksimum dərəcədə yararlanın.

Pisces

İlk baxışda kifayət qədər ağır vəziyyət təsiri bağışlayan təcrübə yaşayacaqsınız. Hər şeydən öncə bu vəziyyətin nəzarətdən çıxmasına və ya sizi ağuşuna almasına icazə verməyin. Xoşagələn olmayan hər şeyə və onların yaratdığı duyğulara sakit və ehtiyatla reaksiya verin, bu narahatlıqlar tezliklə real zədəyə səbəb olmadan ötüb keçəcək. Sağlamlığınızın qeydinə qalın.

Request a Demo Horoscope Feed?

We provide yesterday’s, last week’s, and last month’s horoscopes on our site as a demo, allowing you to explore the content. Reach out to us for access to our live feeds.

Contact us, and we will be happy to provide you with pricing and discounts for bundled horoscope packages of daily / weekly / monthly horoscopes and a trial XML/JSON feed so you can work on your integration before going live.

The post Azerbaijani Daily Horoscopes appeared first on Horoscope Services.

]]>