Feed -AZ-G1
More Horoscope Feeds:
Monday 13th April
Aries
Həyatınızda artıq bir kənara itələ bilməyəcəyiniz dəyişiklik gözlənilir. Siz şövqlə və inamla dolusunuz, bu da sizə planlarınızı həyata keçirməyə kömək edir. Bu şövq və enerjidən ilk addımları atmaq üçün istifadə edin. Ən yaxın dostlarınıza və qohumlarınıza planlarınız haqqında danışın, onlar sizi bacardıqları hər yolla ruhlandıra və həvəslə dəstəkləyə bilərlər.
Taurus
Çox şeyə nail olmaq istəyirsinizsə, özündən razı və passiv olmaq yaxşı deyil. Planları həyata keçirmək üçün güclü qərar qəbuletmə bacarıqlarınızdan yararlanın. Əzminiz həyat enerjinizi möhkəmləndirir, planlarınızı konstruktiv şəkildə inkişaf etdirmək və demək olar, hər vəziyyətdə düzgün hərəkət etmək qabiliyyətinə maliksiniz, vaxt varkən bundan maksimum dərəcədə yararlanın.
Gemini
Gələcəyinizlə bağlı əhəmiyyətli bir nəticə əldə etmək istəyirsinizsə, həmkarlarınızla, dostlarınızla və ya ailənizlə əməkdaşlıq edin. Nə qədər ki bacarırsınız, təklif olunan hər bir fürsətdən tam yararlanmalısınız, onların ötüb keçməyini izləməyin, birlikdə səy göstərin. Əks halda tamamlanmamış biznes nəticələri sizi vəziyyətin o qədər də əlverişli olmadığı bir vaxtda yaxalayacaq.
Cancer
Baxışlarınız və nailiyyətləriniz imtahan edilir və diqqətlə nəzərdən keçirilir. İşlər planlaşdırıldığı kimi getmədikdə, günahı başqalarında görməyə meyllisiniz. Alternativ olaraq ehtiyatlı və səbirli olsanız, bu çətin vaxtlardan davamlı zədə almadan çıxa və əvəzində skeptiklərin tənqidləri ilə üzləşdiyiniz bu prosesdən davamlı və dəyərli dərslər çıxara bilərsiniz.
Leo
Özünüzü istənilən keçmiş problemdən azad edirsiniz, həyatınızdakı mövcud qeyri-müəyyənliklər və ya aydın olmayan problemləri həll etmək iqtidarındasınız. Özünüzü gələcək üçün möhkəm təməl ilə təmin edirsiniz. Heç bir yeni əngəl ilə qarşılaşmırsınız, başqaları sizə hörmət nümayiş etdirir və siz buna daha ciddi yanaşırsınız. Saf-çürük etdikləriniz daha sonra şərtlərin bu qədər əlverişli olmadığı vaxtlarda sizə kömək edəcək.
Virgo
Müəyyən müddətdir, üfüqdə görünən çətinliklər daha bariz hal alır və onların həllini artıq təxirə sala bilməyəcəksiniz. Sizin üçün çətin olsa da, bu çətinlikləri mümkün qədər qısa müddətdə aşın. Onlar, gözardına vurulduqca, sizi ağuşuna ala bilər, bundan sonra nəticələrin öhdəsindən gəlmək daha da çətin olacaq.
Libra
Təxirəsalınmaz reaksiyalarınız və cavab addımlarınız lazımsız dərəcədə aqressivdir və yolunuzda dayanmağa cürət edən hər kəsi faktiki düşmənə çevirir. Daha təmkinli yanaşma tətbiq etmək daha məqsədəuyğundur. Xüsusilə, faktlarınızdan yüz faiz əmin deyilsinizsə, daha sonra peşman olacağınız geri götürülməsi çətin olan sözlər deməyin, sakit qalın, bir söz deməzdən əvvəl iki dəfə düşünün.
Scorpio
Nə qədər çalışmağınızdan asılı olmayaraq, ənənəvi problem həlletmə strategiyanız vəziyyəti düzəltmir. Adətən qəbul etdiyiniz yanaşma işə yaramır və sizi pis vəziyyətdə qoyur. Alternativ strategiya həmişəki taktikanızdan imtina etmək və yeni bir şey sınaqdan keçirməkdir. Yalnız bunu etməklə siz çox güman ki, həlledilməz görünən problemlərdən çıxış yolu tapa biləcəksiniz.
Sagittarius
Görünür, şərtlərə uyğunlaşaraq və dəyişikliklərə açıq olaraq etdiyiniz hər şey yaxşı nəticələnir və tərəfinizdən daha az səy tələb edir. Xəyallarınızın və ambisiyalarınızın bir çoxuna nail olmaq yolunda irəliləmək imkanından yararlanın. Lakin hadisələrin gözləyə biləcəyiniz qədər əngəlsiz cərəyan etməməsi ehtimalını nəzərə alaraq həqiqətən həll edə biləcəyinizdən artığını üzərinizə götürməməyə diqqət edin.
Capricorn
Hadisələr heç də qüsursuz cərəyan etmir, elə görünür ki, hara baxsanız, çətinliklərlə üzləşməli olursunuz, lakin əslində bu əlverişsiz görünən şəraitin rahatca öhdəsindən gəlir və onları bir çağırış kimi görürsünüz. Nə isə planladığınız kimi getməsə də, faktiki nəticələr və bu yolda öhdəsindən gəldiyiniz maneələr səyahəti daha maraqlı etməyə qulluq edir.
Aquarius
Yaxın dost çevrənizdə münasibətlər dərinləşəcək və unudulmaz vaxt keçirmənizə səbəb olacaq. Xüsusilə yaxından bağlı olduğunuz ən vacib münasibətlərinizdə zamanla yaranmış çox müsbət proseslər inanılmaz sürətlə inkişaf edəcək və bu münasibətləri daha da möhkəmləndirəcək. Hər kəsi olduğu kimi qəbul edin, enerji axınını sərbəst buraxın.
Pisces
Özünüzü ən yaxşı formada hiss edirsiniz, başqaları da necə pozitiv olduğunuzun və ətrafınıza özünə inam yaydığınızın fərqindədirlər. Göstərdiyiniz coşğu ətrafa nüfuz edir və sizinlə ünsiyyətdə olan insanlara təsir edir. Onlar vaxtilə sizin üçün ağlasığmaz olan məqsədlərə nail olmağınıza kömək etməyə qadirdilər. Bu enerjidən yararlanın, vaxtın sizin üçün faydasız ötüb keçməsinə icazə verməyin.
Request a Demo Horoscope Feed?
We provide yesterday’s, last week’s, and last month’s horoscopes on our site as a demo, allowing you to explore the content. Reach out to us for access to our live feeds.
Contact us, and we will be happy to provide you with pricing and discounts for bundled horoscope packages of daily / weekly / monthly horoscopes and a trial XML/JSON feed so you can work on your integration before going live.